Modern.az

Kiyevdə ölənlərin sayı 27-yə çatdı

Kiyevdə ölənlərin sayı 27-yə çatdı

19 Fevral 2014, 09:05

Kiyevdə tərəflər arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 27-yə çatıb.

ANS PRESS-in "UNİAN"-a istinadən məlumatına görə, Kiyevdə baş verən qarşıdurmada ölənlərin sayı artır. 

Səhiyyə Xidmətinin rəhbəri Oleq Musiy toqquşma nəticəsində etirazçılardan 20 nəfərin öldüyünü, yaralı sayının isə 500-ə çatdığını bildirib. 

Ukrayna daxili işlər nazirliyinin saytı da öz növbəsində qarşıdurmada 7 milis nəfərinin öldüyü barədə məlumat verib. Ölənlərin hamısının güllə yarasından dünyalarını dəyişdiyi deyilir. 

Ukrayna Səhiyyə Nazirliyinin isə bildirilir ki, ötən gün 23:00-a olan məlumatında iğtişaşlarda 11 nəfərin öldüyünü təsdiqləyib.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?