Modern.az

Dəniz Baykal : ”Son nəfəsimə qədər siyasətin içində olacam”

Dəniz Baykal : ”Son nəfəsimə qədər siyasətin içində olacam”

25 May 2010, 09:16

Cümhuriyyət Xalq Partiyasının sabiq rəhbəri Dəniz Baykal siyasi fəaliyyətini davam etdircəyini bəyan edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Baykal CXP-nin qurultayından sonra ilk dəfə açıqlama verib. “Siyasi dəyərləndirmələrimi və siyasi fəaliyyətlərim davam edəcək. Sadəcə otağım dəyişdi. Siyasət işini davam etdirəcəm.”,-deyə  Baykal bildirib.   Baykal “son nəfəsimə qədər siyasətin içində olacam” deyib.  Sabiq genel başkan qeyd edib ki, əvvəllər 5 il siyasətlə məşğul olması qadağan olunub,  lakin yenə də siyasətlə məşğul olub. 

 

“CXP-dən ayrılmam həm partiyada, həm də cəmiyyətdə şok yaratdı. Qurultayda isə CXP-nin yeni genel başkanı seçilib. Kamal Kılıcdaroğlu son bəyanatları və simpatiyası ilə CXP üçün önəmli bir hadisədir”,-deyə Baykal bildirib.  Dramatik şəkildə istefa verdiyini deyən Baykal bunun bir mücədilə olduğunu və bu mücadilənin toplum tərəfindən ilgi və maraqla qarşılandığını söyləyib.

 

Dəniz Baykal yenə də qalmaqallı videokassetlə bağlı “Bu, bir komplodur”deyib. ”İstefa bu komploya boyun əymək deyil”deyən Baykal baş nazir Rəcəb Tayyib Ərdoğanı dedi-qodu yaymaqda ittiham edib :“Sənin görəvin dedi-qoduluq deyil. Vətəndaşın haqqını, hüququnu qorumaqdır. Bu günə qədər kimlər üçün dedi-qodu qurulmadı”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı