Modern.az

İsgəndər Həmidov İqbal Ağazadəyə teleqram vurub

İsgəndər Həmidov İqbal Ağazadəyə teleqram vurub

25 May 2010, 12:37
Bakı şəhərinidəki İstiqlaliyyət küçəsi 5 ünvanda yerləşən və “Məşhurların evi” kimi tanınan binanın fasadı dəyişdirilir. Binanın sakinləri xeyli vaxtdır görülən işlərlə bağlı narazılıq edirlər. Bu barədə millət vəkili İqbal Ağazadə mayın 25-də Milli Məclisin iclasında çıxış edərkən məlumat verib.
Modern.az-ın məlumatına görə, deputat deyib ki, həmin binada yaşayan sabiq daxili işlər naziri İsgəndər Həmidov məsləylə əlaqədar ona teleqram vurub.
Teleqramda İ.Həmidov yazıb ki, binada aparılan təmir işləri zamanı eyvanların yerinin dəyişdirilməsi sakinlərə ciddi promlemlər yaradıb. O, sakinlər adından İ.Ağazadədən məsələni Milli Məclisdə səsləndirməyi xahiş edib.
Deputat aidiyyatı qurumları sakinləri narahat edən məsələləri araşdırmağa çağırıb. 


Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər