Modern.az

Erməni KİV-i: “Ölkədə həyat səviyyəsi bərbaddır”

Erməni KİV-i: “Ölkədə həyat səviyyəsi bərbaddır”

22 Fevral 2014, 11:23

Ermənistanda sosial problemlər, əhalinin yaşayış səviyyəsi gündən-günə daha da pisləşir. Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Jovoxurd” qəzeti  məlumat yayıb. Sözügedən mətbuat orqanının bildirdiyinə görə  2010-cu illə müqayisədə ölkədə  yoxsulluq göstəricilərinin azalması haqqında Ermənistan Milli Statistika Xidmətinin statistikaları həqiqəti əks etdirmir. Qəzet iddia edir ki, rəsmi rəqəmlər heç də Ermənistanda yoxsulluğun həqiqətən  azalması anlamını ifadə etmir.

“Həqiqətən də insanlar pis şəraitdə yaşamağa davam edirlər. Amma rəsmi orqanlar rəqəmlərlə belə təəssürat formalaşdırmağa çalışır ki, guya yoxsulluq azalır. Minimal əmək haqlarının çox cüzi qaldırılması böhranın həlli demək deyil. Problemlər, səfalət, sosial gərginlik hələ də davam etməkdədir”, – deyə qəzet yazır.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər