Modern.az

Parlament «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsini təsdiqləyib

Parlament «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsini təsdiqləyib

25 May 2010, 19:13

Milli Məclisinin mayın 25-də keçirilən iclasında «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsi müzakirə olunub. Qanun layihəsi iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, 2009-cu ildə nəzərdə tutulan proqramların əsas hissəsi yerinə yetirilib. Maliyyə naziri Samir Şərifov «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinin «Büdcə sistemi haqqında» qanuna uyğun hazırlandığını deyib. Onun sözlərinə görə, ötən il dünyada yaşanan qlobal maliyyə böhran Azərbaycana da təsir göstərib. Amma dövlət başçısının göstərişləri nəticəsində yerinə yetirilən tədbirlər hesabına böhranın təsiri minimum olub. S.Şərifovun sözlərinə görə, 2009-cu ildə dövlət büdcəsinin mədaxil proqnozu 12 177 mln. manata qarşı 10 325,9 mln. manat və ya 84,8% icra olunub, bu da 2008-ci illə müqayisədə 436,8 mln. manat və ya 4,1% azdır. Büdcə gəlirlərinin 39,8%-i Vergilər Nazirliyi, 10,8%-i Dövlət Gömrük Komitəsi, 47,6%-i Dövlət Neft Fondu tərəfindən daxil olub. 2009-cu ildə dövlət büdcəsinin xərcləri 12 355 mln. manat proqnoza qarşı 10 503,8 mln. manat və ya 85% səviyyəsində icra edilib. Hesablama Palatasının sədri Heydər Əsədov «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinə müsbət rəy verdiklərini deyib. Onun sözlərinə görə, son illər xarici dövlətlərdə büdcə kəsirinin artması ikinci qlobal maliyyə böhranının baş verməsi ehtimalını artırır: «Dünya ölkələri bu vəziyyətlə bağlı müxtəlif mübarizə metodu seçir. Azərbaycanda isə borclanma yüksək deyil. Ötən il borclanma ÜDM-in 7%-indən çox olmayıb».

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?