Modern.az

Deputat hökumətdən əmantələrin qaytarılmasıni istəyib

Deputat hökumətdən əmantələrin qaytarılmasıni istəyib

25 May 2010, 19:16

Modern.az saytı xəbər verir ki, Milli Məclisin mayın 25-də keçirilən ilasında “2009-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunarkən İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov insanların sovet vaxtından qalan əmanətlərinin qaytarılası ilə bağlı məsələ qaldırıb. Deputat qeyd edib ki, bu məslənin həlli ilə bağlı siyasi qərar var: “Bu barədə dövlət başçısı göstəriş verib. Ona görə də insanların əmanətlərinin özlərinə qaytarılması üçün maneə görmürəm”.

Vahid Əhmədov millət vəkillərinə xitabən bildirib ki, parlamentdə oturanların 90 faizi seşki öncəsi öz platformalarında əmanətlərin qaytarılmasına çalışacaqlarını bildirmişdilər: “Depuatat həmkarlarımızın hər biri bu məsələdə maraqlı olmalıdır. İnsanların qəpik-qəpik topladıqları pullar özlərinə qaytarılmalıdır. Mən hökumətdən bu məsələ ilə bağlı ciddi iş görülməsini istəyirəm”.

Modern.az   

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı