Modern.az

Ukraynada ilk prezidentliyə namizəd açıqlandı

Ukraynada ilk prezidentliyə namizəd açıqlandı

Dünya

25 Fevral 2014, 14:08

Xarkov vilayətinin qubernatoru Mixail Dobkin Ukraynada keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, qubernator bu haqda Xarkov şəhər sovetində keçirilən brifinqdə məlumat verib: “Mən özüm üçün o qədər də sadə qərar qəbul etməmişəm: növbədənkənar seçkilərdə prezidentliyə namizədliyimi irəli sürəcəyəm”.

Xatırladaq ki, bu gündən Ukraynada prezident seçkiləri kampaniyası başlayıb. Növbədənkənar seçkilər mayın 25-də keçiriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!