Modern.az

Doqquzqat çempion əlil oğlunu öldürüb intihar etdi

Doqquzqat çempion əlil oğlunu öldürüb intihar etdi

26 Fevral 2014, 15:25

Almaniyanın Ştutqart şəhərində dəhşətli hadisə baş verib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, idman gimnastikası üzrə doqquz dəfə Almaniya çempionu Yurqen Bryummer 13 yaşlı oğlunu öldürdükdən sonra özünü körpüdən atıb. Məlumatda qeyd edilir ki, 49 yaşlı keçmiş idmançının meyiti Ştutqartdakı körpünün yaxınlığında tapılıb. Bundan sonra onun evinə baxış keçirilərkən 15 yaşlı oğlu Saymonun da boğulmuş meyiti aşkarlanıb. Almaniyanınm ən yaxşı gimnastının bu cür dəhşətli hadisəni hansı səbəbdən törətdiyi bəlli deyil. Polis isə onun ölümdən əvvəl yazdığı məktubu tapıb. Qeyd edilir ki, Bryummerin oğlu 2009-cu ildə maşın vurduqdan sonra əlil olub. o vaxtdan bəri oğlan hərəkət edə və danışa bilmirdi. Yurqen Almaniyanı 1988-ci ildə Olimpiya oyunlarında da təmsil edib. 1997-ci ildə isə idman tibbi klinikasını açıb. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...