Modern.az

Eks-prezidenti ömürlük həbs gözləyir

Eks-prezidenti ömürlük həbs gözləyir

26 Fevral 2014, 16:07

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və digər vəzifəli şəxslər Andrey Klyuev, Viktor Pşonke, Vitali Zaxarçenko, Aleksandr Yakimenko, Stanislav Şlyak, eləcə də digərləri barəsində Baş Prokurorluqda qaldırılan cinayət işi ilə bağlı istintaq tədbirləri başlayıb.
Xatırladaq ki, onlar 2013-cü ilin noyabrından 2014-cü ilin fevralın 20-dək Kiyevdəki Azadlıq meydanında keçirilən etiraz aksiyalarının dağıdılmasına cəhd zamanı güc tətbiqində ittiham olunurlar.

Modern.az saytı Ukrayna KİV-lərinə istinadən bildirir ki, adı çəkilən şəxslər barəsində bu ölkənin Cinayət Məcəlləsinin 115.2-ci bəndi  (qəsdən adamöldürmə - 10 ildən 15 ilədək, yaxud ömürlük azadlıqdan məhrumetmə) cinayət işi qaldırılıb.

Ukraynanın baş prokuroru səlahiyyətlərini icra edən Oleq Maxnitski bəyan edib ki, Yanukoviç beynəlxalq axtarışa verilib, bu məsələ ilə operativ-istintaq qrupu məşğul olur.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır