Modern.az

Region gənclərin elektron hökümət layihəsini öyrənib - FOTO

Region gənclərin elektron hökümət layihəsini öyrənib - FOTO

İqtisadiyyat

15 Noyabr 2013, 16:25

Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə «Region gənclərinin elektron hökümət layihəsində ictimai fəalliğının artırılması və bu sahədə mövcüd qanunvericiliyin təbliği» layihəsi çərcivəsində Şirvan şəhərində bir sıra tədbirlər həyata keçirib.
Tədbirdə “Elektron-hökümət”in formalaşması, ictimai şüurda mənimsənilməsi üçün layihənin töhfələri, yenilikləri, sosial-iqtisadi üstünlüklərinin qiymətləndirilməsi haqda müzakirələr aparılıb. Layihənin əsas məqsədi vətəndaş aktivliyinin artırılmasına, vətəndaş problemlərinin səmərəli həllinə, dövlət qurumları ilə cəmiyyət arasında münasibətlərin mütənasib asılılığı, şəffaflığına nail olunmasına istiqamətlənib.
Dövlətin həyati məqsədlərindən birinə çevirən Azərbaycan Respublikası “E-hökumət”in bu üstünlüyündən istifadə etmə niyyətini gənclərə aşılanıb. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş tutan tədbir tələbələrin böyün marağına səbəb olub.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü