Fevralın 26-dan 27-nə keçən gecə Krım Ali Radası və Nazirlər Sovetinin binalarını naməlum şəxslər zəbt edib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda özünün Facobook səhifəsində krım-tatar xalqı Məclisinin sədri Refat Çubarov məlumat verib: “Mənə zəng edib dedilər ki, Krım Ali Radasının və Nazirlər Sovetinin binasının naməlum uniformada olan silahlı şəxslər ələ keçiriblər, onlar hələ ki heç bir tələb irəli sürməyiblər”.