Modern.az

Bu nömrəni istifadə edən hər kəs öldü

Bu nömrəni istifadə edən hər kəs öldü

İqtisadiyyat

26 May 2010, 17:10

Bolqarıstanda son 10 ildə ondan istifadə edən hər kəsin öldüyü telefon nömrəsi “0888 888 888” ləğv edilib. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin nömrədən ilk istifadə edən şəxs Vladimir Qraşnov 2001-ci ildə 48 yaşında xərçəng xəstələyindən ölüb. Nömrəni daha sonra bolqar mafiya başçısı Konstantin Dimitrov istifadə edib. O da 2003-cü ildə 31 yaşında Hollandiyada öldürülüb.

Telefon nömrəsini daha sonar iş adamı Konstatin Dişliyev alıb, amma o da 2005-ci ildə Sofiyadakı bir restoran önündə güllələnib. Polis Dişliyevlə əlaqəli olan cinayəti incələyərkən, nömrənin o tarixdən bu yana istifadə edilmədiyini müəyyənləşdirib. Baş verənlərdən çəkinən telefon şirkəti isə artıq həmin nömrəni ləğv edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi