Modern.az

El şairi İsmayıl Sadıqlının "Qan dayananda" kitabı təqdim olunub

El şairi İsmayıl Sadıqlının "Qan dayananda" kitabı təqdim olunub

26 May 2010, 17:57



Mayın 26-da Azərbaycan Muğam Mərkəzində İsmayıl Sadıqlının “Qan dayananda” kitabının təqdimat mərasimi keçirilib. Bunnla yanaşı, həm də şairin anadan olmasının 112 illiyi qeyd olunub.

El arasında “Təcnis İsmayıl” kimi tanınan İ.Sadıqlının əksər şeirləri bir kitabda toplanılıb. Şairin şeirlərində nəsihət və el deyimlərinin çoxluğu diqqəti cəlb edir.

Tədbirdə kitabın redaktoru və ön söz müəllifi Elxan Məmmədli çıxış edib. Daha sonra xalq şairi Zəlmxan Yaqub şairin həyat və yaradıcılığından danışıb. O, kitabın ərsəyə gəlməsinə dəstək olan mllət vəkili Qənirə Paşayevaya öz dərin təşəkkürümü bildirib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, xalq öz şairlərini, usdadlarını, aşıqlarını həmişə uca tutmalıdır, onları unutmaq gunahdır. Q.Paşayeva deyib ki,  İ.Sadıqlının yazıb-yaratdığı təkcə onun ailəsi üçün deyil,  bütün cəmiyyət üçündur. “Hər adam söz deyə bilmir, mən hesab edirəm ki, İsmayıl Sadıqlı yaradıcılığı ilə həmişə qəlblərdə yaşayacaq. Çox yaxşı olardı ki, gənclərimiz əyləncə xarakteri daşıyan şoularla yox, xalq şairlərimizin həyat və yaradıcılığı ilə maraqlansınlar”.

Tədibirin sonunda aşıq Əli Novruzi (Təbriz aşıqı), Cahangir Gədəbəyli, Gülarə Azaflı, Dəmir Gədəbəyli saz havaları ifa ediblər.


Mail Ağaxanov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir