Modern.az

Deputat Astan Şahverdiyev: “Seçicilərə nə deyəcəm ki...”

Deputat Astan Şahverdiyev: “Seçicilərə nə deyəcəm ki...”

27 May 2010, 13:14

Qarabağ bölgəsindən seçilən millət vəkilləri seçicilərilə görüşəndə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişi barədə onlara hansı məlumatlar verirlər? Ümumiyyətlə həmin deputatlar danışıqların gedişindən nə qədər məlumatlıdırlar?
Modern.az bu suallla 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Astan Şahverdiyevə müraciət edib. Deputatın cavabı belə olub: “Qarabağla bağlı danışıqlar barədə geniş  məlumatım yoxdur. Mən də bu barədə mətbuatdan məlumat alıram. Yəni siz nə bilirsinizsə, mən də onu bilirəm. Artıq məlumatım olsa verərəm. Bu da onunla əlaqədardır ki, Qarabağla bağlı aparılan danışıqların gedişi konfidensial saxlanılır. Əlbəttə ki, danışıqlara təsir etməmək üçün. Bu məsələlərlə cənab Prezident özü məşğul olur. Seçicilərə nə deyəcəm ki... Onlar da danışıqların gedişi barədə mətbuatdan məlumat alırlar.
Qarabağ danışıqlarının gedişinə aid sualı mənə yox, yaxşı olar ki, xarici işlər nazirinin müavini Xələf Xələfova ünvanlayasınız...”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir