Modern.az

Büdcə təşkilatlarında 5 milyon manat MƏNİMSƏMƏ - 602 VƏZİFƏLİ şəxs cərimələnib

Büdcə təşkilatlarında 5 milyon manat MƏNİMSƏMƏ - 602 VƏZİFƏLİ şəxs cərimələnib

6 Mart 2014, 11:11

Prokurorluq orqanlarının məktubları və məhkəmə qərarlarına əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda aparılan yoxlamalarla 5425,9 min manat mənimsəmə halları aşkar olunub və yoxlama materialları aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Modern.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda aparılan nəzarət tədbirləri nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması, artıq ödənilmiş vəsaitlərin təqsirkar tərəfindən bərpa edilməsi və vəzifəli şəxslərin cəzalandırılması məqsədi ilə müvafiq rayon (şəhər)  Icra hakimiyyətlərinin başçılarına və aidiyyəti təşkilatlara məktublar göndərilib. 
Eyni zamanda təftiş və yoxlamalar nəticəsinmdə ciddi qanun pozuntularına, dövlət vəsaitinin israfçılığına yol verilməsi halları aşkar olunan təşkilatlar üzrə yoxlama materialları Respublika Baş Prokurorluğuna göndərilib. Aşkar olunan 3080,5 min manat artıq ödənişlərin 2666,1 min manatı büdcəyə bərpa edilib.

Aparılan nəzarət tədbirləri zamanı büdcə təşkilatlarında nöqsanlara yol vermiş 602 nəfər vəzifəli şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 291,6 min manat məbləğində cərimələr tətbiq edilib və dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Rafiq Qənbərov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir