Modern.az

“Azəriqaz” yenə məsuliyyətdən qurtulmaq istəyir” - Ekspert

“Azəriqaz” yenə məsuliyyətdən qurtulmaq istəyir” - Ekspert

İqtisadiyyat

6 Mart 2014, 13:13

““Azəriqaz” ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə ilə bağlı açılan cinayət işində yenə də məsuliyyətdən yaxa qurtara biləcək. Ən yaxşı halda isə bir neçə nəfər siravi bir işçinin üzərinə məsuliyyət qoyaraq onu cinayətə cəlb edəcəklər”.
Bunu Modern.az-a kommunal sahə üzrə ekspert Ələkbər Ağasıyev deyib. Onun sözlərinə, qazdan zəhərlənmə ilə bağlı bütün məsuliyyəti “Azəriqaz” ASC daşıyır. Onun szölərinə görə, qaz təchizatı üzrə “Azəriqaz”-ın göstərdiyi xidmətin əsas göstəricilərindən biri də xidmətin təhlükəsizliyidir.

“Burada insan faktoru ilə yanaşı onun tərkibinin də təhlükəsizliyi nəzərdə tutulur. Buna baxmayaraq ötən gün baş verən zəhərlənməni bəziləri metan qazının tərkibinə vurulan adorant maddəsinin normadan bir qədər artıq olması ilə əlaqələndirilər. Bunu araşdırma aparmadan demək çətindir. Bütün hallarda isə baş verən hadisədə birmənalı olaraq “Azəriqaz” məsuliyyət daşıyır. Çünki əhali qrupundan olan istehlakçıların qaz enerjisi ilə təchizatı onlar tərəfindən həyata keçirildiyindən, xidməti həyata keçirən qurum kimi məsuliyyət onların üzərinə düşür. Əvvəlki vaxtlarda buna oxşar hadiəslər baş verəndə konkret vəzifəli şəxslər nəinki işdən uzaqlaşdırılırdılar eyni zamanda məsuliyyətə cəlb olunurdular. İndiki zamanda isə bunun tam əksini görürük. Xüsusilə son illər qaz təchizatı ilə əlaqəli olan insan tələfatı ilə nəticələnən və ya insanların əlilliklə nəticələnən hadisələrin sayı artıb. Bu bir daha onu göstərir ki, təchizatçı idarə təhlükəsiz xidmət göstərmək vəzifəsini yerinə yetirə bilmir və ya istəmir”.

Təçhizatçı qurumun hər vasitə ilə məsuliyyəti boyun qaçırdığını deyən ekspertin sözlərinə görə, bu da sonuncu belə hadisə olmayacaq. Mütəxəssis hesab edir ki, “Azəriqaz”da köklü dəyişikliklər edilməli və məsuliyyət artırılmalıdır.
“Adorant maddəsi metan qazına aromatizator kimi əlavə olur. Yəni təbii halda metan qazı iysiz, rəngsiz, dadsız maddə olduğundan qaz sızmalarının olmasını müəyyən etmək üçün ona bu maddəni qatırlar. Bu isə çox cüzi faizlərlə metan qazının tərkibinə qatılır. Adorantı qatanlar isə təbii ki, istehlakçılar yox, “Azəriqaz”dır. Son illərin neqativ təcrübəsi göstərir ki, bu kimi hallarda onlar məsuliyyətdən yaxa qurtara bilirlər. Ən yaxşı halda isə bir neçə nəfər siravi bir işçinin üzərinə məsuliyyət  qoyaraq onu məsuliyyətə cəlb edirlər. Odur ki, “Azəriqaz”da köklü dəyişikliklər edilməli və məsuliyyət artırılmalıdır”.

Gültəkin ƏLƏSGƏR 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür