Modern.az

Daha bir icra başçısına qadın müavin təyin edildi

Daha bir icra başçısına qadın müavin təyin edildi

6 Mart 2014, 13:01

Azərbaycanda daha bir rayonun İcra Hakimiyyətində xanım müavin təyin edilib. Modern.az saytının məlumatına görə, budəfəki təyinat Yardımlı rayonu İcra Hakimiyytində gerçəkləşib. Yardımlıdakı ümumtəhsil müəssisəsində Azərbaycan dili və əddəbiyyat fənini tədris edən Aygün Şabıyeva rayon İcra Hakimiyyətində başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib.

Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı, keçmiş deputat Sevindik Hətəmovdur.

Xatırladaq ki, Prezident Administrasiyası hələ bir müddət öncə hər bir rayonda icra başçısının müavinlərindən birinin qadın olması ilə bağlı göstəriş verib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir