Modern.az

Qənirə Paşayeva Qətərə gedir

Qənirə Paşayeva Qətərə gedir

28 May 2010, 14:07

Milli Məclisin deputatı Qənirə Paşayeva “X Doha Forumu”nda iştirak etmək üçün mayın 29-da Qətərə yola düşəcək.

Modern.az-ın məlumatına görə, forum Qətər dövlətinin Xarici İşlər Nazirliyi, Qətər Universitetinin İctimai, İqtisadi Tədqiqatlar Mərkəzi və ölkənin İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Beynəlxalq dialoqa həsr olunmuş tədbirdə iqtisadi, sosial, humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Deputatımız forumda çıxış edərək tədbir iştirakçılarına Azərbaycandakı ictimai-siyasi vəziyyət, iqtisadi inkişaf, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə məlumat verəcək. Səfər çərçivəsində millət vəkili tədbirdə iştirak edən nümayəndə heyətlərinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Səfər iyunun 4-də başa çatacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir