Modern.az

Bakı Metropolitenindən ŞOK qərar: Ticarətçilərlə icarə müqavilələri uzadılmayacaq

Bakı Metropolitenindən ŞOK qərar: Ticarətçilərlə icarə müqavilələri uzadılmayacaq

11 Mart 2014, 22:34


"Bakı Metropoliteni" QSC metropoliten ərazisin’ daxil olan yeraltı keçidlərdə aparılan ticarətlə bağlı qərar verib. Qurumun mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata görə, yeraltı keçidlərdə ticarətlə məşğul olan şəxslərlə icarə müqavilələri uzadılmayacaq.

Bildirilib ki, metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir.

“Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib”-deyə "Bakı Metropoliteni" QSC bəyan edib.

Xatırladaq ki, bu gün satıçılar metropoliten ərazisindəki ticarət obyektlərinin bağlanmasına etiraz əlaməti olaarq aksiya keçiriblər. Metropolitenin rəhbərliyi etiraz edənlərin bir qismini qəbul edib. Qəbulda onlara bir həftə vaxt verilsin. Bir həftədən sonra ticaətçilər məslə ilə bağlı yenidən qəbul ediləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq