Modern.az

Almaniyalı Lena "Eurovision-2010"un qalibi olub

Almaniyalı Lena "Eurovision-2010"un qalibi olub

30 May 2010, 12:12

Norveçin paytaxtı Oslodakı “Telenor Arena” kompleksində “Eurovision 2010” beynəlxalq mahnı müsabiqəsinin finalı keççirilirb. Finalda 25 ölkədən olan iştirakçı yarışıb.

 

Almaniyalı iştirakçı Lena 246 xal toplayaraq yarışın qalibi olub. 2-ci yerə 170 xalla Türkiyənin “MaNga” qrupu, 3-ü yerə isə 162 xalla Rumıniyanın Paila Seiling və Ovi dueti çıxıb

Azərbaycanı təmsil edən Səfurə Əlizadə "Dirp dop" mahnısına görə 145 xalla 5-ci yeri tutub.

Qeyd edək ki, səsvermədə Türkiyə, Bolqarıstan, Ukrayna və Malta Azərbaycana 12 xal, Kipr 10 xal, Polşa, Rusiya və Gürcustan 8 xal, Moldova, Bosniya-Hersoqovina, İsrail, İspaniya və Norveç 7 xal, Belarus 6xal, Rumıniya 5 xal, Makedoniya və İrlandiya 3 xal, Danimarka, Latviya və İsveçrə 2 xal, Yunanıstan 1 xal verib.

Azərbaycanın özündən isə Türkiyəyə 12 xal, Ukraynaya 10 xal. Gürcüstana 8 xal, Rumıniyaya 7 xal. Moldovaya 6 xal, İsrailə 5 xal, Danimarkaya 4 xal, Rusiyaya 3 xal, Böyük Britaniyaya 2 xal, Almaniyaya 1 xal verilib.

Yarışmada yerlər aşağıdakı kimi tutulub:

1. Almaniya - 246 xal
2. Türkiyə - 170
3. Rumıniya - 162 
4. Danimarka - 149 
5. Azərbaycan - 145 
6. Belçika - 143 
7. Ermənistan - 141 
8. Yunanıstan - 138 
9. Gürcüstan - 136 
10. Ukrayna - 108 
11. Rusiya - 90 
12. Fransa - 82 
13. Serbiya - 72 
14. İsrail -71 
15. İspaniya - 68 
16. Albaniya - 62 
17. Bosniya və Hersoqovina - 51 
18. Portuqaliya - 43 
19. İslandiya - 41 
20. Norveç - 35 
21. Kipr - 27 
22. Moldova - 27 
23. İrlandiya - 25 
24. Belarus- 18
25.Böyük Britaniya – 10

 Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi