Modern.az

Naftalan şəhərinin ərazisi genişləndirilib

Naftalan şəhərinin ərazisi genişləndirilib

31 May 2010, 13:39

Modern.az xəbər verir ki, Milli Məclisin mayın 31-də keçirilən iclasında millət vəkili Gültəkin Hacıbəyli Naftalan şəhərinin inzibati ərazisinin daha da genişləndirilməsi təklifilə çıxış edib. O, Goranboy rayonunun və Naftalan şəhərinin inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı çıxış edib. Deputat bildirib ki, Naftalan şəhərinin inzibati sərhədlərində Goranboy rayonun ərazisi hesabına xeyli dəyişikliklər edilməlidir.
Qeyd edək ki, Milli Məclis bu gün Goranboy rayonunun və Naftalan şəhərinin inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi məsələsinə baxaraq sənədi təsdiqləyib.
Dəyişiklik nəticəsində Goranboyun ərazisi hesabina Naftalanın ərazisi böyüyəcək. Goranboyun Qaşalt, Tatarlı, Tapqarayoyunlu kəndləri Naftalanın ərazisinə qatılıb. Ümumilikdə Goranboy rayonunun 355,16 ha ərazisi Naftalanın ərazisinə əlavə edilib.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi