Modern.az

Azərbaycanın hərbi doktrinası müzakirəyə çıxarılır

Azərbaycanın hərbi doktrinası müzakirəyə çıxarılır

31 May 2010, 15:42

İyunun 3-də Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsində Azərbaycanın Hərbi Doktrinası müzakirə olunacaq. Bu barədə jurnalistlərə mayın 31-də Komitənin üzvü Zahid Oruc məlumat verib. Millət vəkili deyib ki, layihə komissiyada müzakirə ediləndən sonra iyun ayında parlamentin növbədənkənar iclasına çıxarılacaq. Millət vəkili sənəddə Ermənistanın işğalçı dövlət kimi əks olunacağını deyib. Hərbi doktrina layihəsi 75 bənddən ibarətdir və 7 əsas müddəanı ehtiva etdirir. Bir neçə gün əvvəl prezident İlham Əliyev Azərbaycanın Hərbi Doktrina layihəsini parlamentə göndərib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi