Modern.az

Bu gecə kosmosdan canlı yayın var-DİQQƏT

 Bu gecə kosmosdan canlı yayın var-DİQQƏT

Dünya

15 Mart 2014, 01:42

    Bu gecə saatlarınızı 04:00-a qurmağı unutmayın. Modern.az saytının Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, dünyanın ən məhşur kanallarından biri olan National Geoprapghic kanalında bir ilk yaşanacaq. Beynəlxalq Kosmos Stansiyasının kosmonavtlarıyla dünyanın orbitində 90 dəqiqəlik canlı yayın həyata keçiriləcək.

Kosmonavt Rick Mastracchio və Koichi Wakata Beynəlxalq Kosmos Stansiyasında yaşanan gündəlik həyatın kamera arxasını göstərəcəklər. Yerin cazibə qüvvəsində aylarla necə yaşadıqlarını, baş aşağı necə yatdıqlarını, necə sabit qaldıqlarını, gigyenaya necə əməl etdiklərini və hər kəsin ən çox maraqlandığı mövzulardan biri olan ayaqyolu ehtiyaclarını necə qarşıladıqlarını görəcəksiniz.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi