“Parlament seçkiləri ilə bağlı partiyamızda hazırlıq işləri gedir. Hazırda namizədləri müəyyənləşdiririk”. Bu barədə Modern.az saytına Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bidirib. O, partiyalarının hər hansı blokda iştirakı məsəəsinə də toxunub: “Partiyamız üçün belə məsələni görmürəm. Təbii ki, ortaq dəyərləri bölüşən partiyalarla əməkdaşlığa hazırıq. Amma möcud bloklarda itirakımız gözlənilmir”.
Növbəti seşkilərdə namızdlik məsələsinə gəlincə, deputat namizədliyini mütləq irəli sürəcəyini bildirib.
Modern.az