Modern.az

Deputat: “İndi gənclərdə 2005-ci ildəki fəallığı görmürəm”

Deputat: “İndi gənclərdə 2005-ci ildəki fəallığı görmürəm”

31 May 2010, 17:48

Milli Məclisin gənc deputatlarından olan Əkrəm Abdullayev Modern.az saytına açıqılamasında qeyd edib ki, gənclər bu parlament seçkilərində 2005-ci ilə nisbətən daha fəal olacaqlar: “Həm proseslər bunu göstərir. Həm də cəmiyyətimiz daha çox aktivdir. Gənclər siyasi proseslərə daha çox meyl göstərirlər. Bunun bariz nümunəsini bir neçə aydan sonra görə bilərik”.

Deputat 2005-ci ili yenidən xatırlayaraq qeyd edib ki, 2005-ci ilin may ayı ilə bu ilin müvafiq dövrünü götürsək, o zaman daha çox fəallıq var idi: “İndi o fəallığı görmürəm. Bəlkə də müəyyən qədər gənclərin içərisində olmadığımdan bu, belə görünür. Gözləmək lazımdır, 3-4 aydan sonra hər şey dəyişəcək. Pessimist fikirlər söyləmək istəmirəm, düşünürəm ki, aktivliyi görəcəyik. Hələ seçkilərə var. Seçkilərə rəsmi start verildikdən sonra yəqin hər şeyi görəcəyik. Düşünürəm seçkilərdə namizəd kimi daha çox gənclər içtirak edəcəklər”.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?