Ukrayna NATO üzvü olan ölkələrə hərbi-texniki yardım üçün müraciət edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşitsa NATO-nun baş katibi Anders Foq-Rasmusenlə görüşündən sonra bəyan edib: “Biz ATƏT və Avropa İttifaqı müşahidəçilərinin Ukraynaya göndərilməsi sahəsində əməkdaşlığını mümkünlüyünü müzakirə etdik. Ancaq ən vacibi o idi ki, biz Ukraynadakı münaqişənin region üçün təhlükəsini və bunun qarşısının alınması məqsədilə NATO-nun beynəlxalq ictimaiyyətlə birgə nə edə biləcəyini müzakirə etdik. NATO-nun bizi anladığını qiymətləndirir və bu qurumun üzvləri ilə gələcək əməkdaşlığa ümidlə yanaşırıq”.
Onun sözlərinə görə, Ukrayna NATO-ya yalnız hərbi-texniki avadanlıqla təchiz olunması üçün müraciət edib.
Modern.az