Modern.az

Barak Obama: Gələn həftə Avropaya gedirəm

Barak Obama: Gələn həftə Avropaya gedirəm

18 Mart 2014, 04:13

Modern.az saytı xəbər verir ki, bəzi Rus və Ukraynalı rəsmilərə sanksiyalar qərarı alan ABŞ prezidenti Barak Obama, Krım böhranını diplomatik yollardan həll etmək üçün hələ ümid yeri olduğunu söyləyib. Obama önümüzdəki həftə Avropaya gedəcəyini də bildirdi.

"Rus dövlət adamlarına sanksiya əmri verdim. Gələn həftə Avropaya gedirəm" deyən ABŞ prezidenti Barak Obama, "Ukrayna hökuməti dialoqa açıqdır. Bu müddət ərzində biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik. Konqres və beynəlxalq müttəfiqlərimizlə birlikdə çalışaraq, Ukraynanın yanında yer alaçağıq" dedi. 

Obama, "Krımın işğalı Rusiyanı daha çox təkliyə və iqtisadi baxımdan zərərə uğradacaq" deyə bildirdi. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?