Modern.az

“Zenit”in yeni baş məşqçisi portuqaliyalı oldu

 “Zenit”in yeni baş məşqçisi portuqaliyalı oldu

Dünya

18 Mart 2014, 12:58

Rusiyanın “Zenit” futbol klubunun yeni baş məşqçisi portuqaliyalı Andre Villaş-Boaş təyin olunub. Modern.az Rusiya KİV_nə istinadən bildirir ki, 36 yaşlı mütəxəssislə müqavilə martın 20-də imzalanacaq. Onun komandanı 2015-2016-cı il mövsümündə çalışdıracağı bildirilir.

Qeyd edək ki, “Zenit”in əvvəlki baş məşqçisi Luçano Spaletti martın 11-də istefaya göndərilib. İtaliyalı 2009-cu ildən komandanın baş məşqçisi idi.

Villaş-Boaşın son iş yeri İngiltərənin “Tottenhem” klubu olub. Onun 2013-cü ilin dekabr ayında istefaya göndəriblər. Bundan əvvəl isə Londonun “Çelsi”, Portuqaliyanın “Porto” və “Akademik” klublarını çalışdırıb. O 2011-ci ildə “Porto” ilə Avropa Liqasının qalibi olub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü