Modern.az

Ruslar "Ternopol" gəmisini ələ keçirib

Ruslar "Ternopol" gəmisini ələ keçirib

20 Mart 2014, 22:11

15-20 silahlı adam Sevastopolda limanda dayanan "Ternopol" gəmisinə hücum edərək onu ələ keçirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznyov mətbuata xəbər verib.

Onun sözlərinə görə, 15-20 silahlı şəxs gəminin göyərtəsinə çıxıblar və hücuma başlayıblar. 

Gəminin miçmanı Aleksey Kirillov bu informasiyanı təsdiqləyib: "Mənim gəmim ələ keçirildi, bundan artıq bir söz deyə bilmərəm".

Məlum olduğu kimi, dünən Rusiyaya məxsus qoşun hissələri ukraynalı həmkarlarına ultimatum verərək təslim olmalarını tələb etmiş, əks təqdirdə onlara hücum edəcəklərini bildirmişdilər. Həmçinin dünən gecə gəmiyə qumbara da atılıb. /Musavat/

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı