Modern.az

Türkiyədə Twitter-ə giriş qadağan olunub

Türkiyədə Twitter-ə giriş qadağan olunub

21 Mart 2014, 12:20


Türkiyədə Twitter sosial şəbəkəsinə daxil olmaq məhdudlaşdırılıb. Bu barədə Baş nazirliyin mətbuat müşavirliyi məlumat yayıb.

Bundan öncə baş nazir Rəcəb Tayyip Ərdoğan Bursa mitinqində çıxışı zamanı demişdi ki, “Twitter-mivıttterin kökünü qazıyacağıq”.
Baş nazir bu ifadəni, bəzi istifadəçilərin onunla əlaqəsi olduğu ehtimal edilən korrupsiya ilə bağlı sənədləri paylaşdıqdan sonra deyib.

İstifadəçilər twitter.com saytına daxil olmaq istəyərkən Türkiyə telekommunikasiya nəzarətçi qurumunun bəyanatı ilə qarşılaşır.

Bəyanatda bildirilir ki, sayt məhkəmə qərarı ilə "təhlükəsizlik ölçüləri"nin tətbiqi məqsədilə "bağlanıb".

Hazırda Türkiyədə bütün ölkə boyunca demək olar ki, heç yerdə Twitter-ə giriş mümkün deyil.

Baş nazirliyin mətbuat müşavirliyinin rəsmi məlumatında bildirilib ki, Twitter Türkiyə məhkəməsinin bəzi linkləri silmək kimi qərarlarına cavab vermirdi, nəticədə Ankara buna əl atıb.

Twitterin Türkiyədən təxminən 10 milyon istifadəçisi var.

Aytən Əliyeva

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...