Modern.az

İranlı jurnalist: “Tehran heç vaxt Qarabağın Azərbaycanın tərkibində olmasına imkan

İranlı jurnalist: “Tehran heç vaxt Qarabağın Azərbaycanın tərkibində olmasına imkan

Dünya

24 Mart 2014, 21:55

“Ermənistan təkcə Rusiya ilə münasibətlər qurmaqla kifayətlənməməlidir”. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu iranlı jurnalist Rubik Minasyan deyib. Onun sözlərinə görə, Rusiya Ukrayndakı situasiyaya həddindən çox diqqət ayırıb və Moskva Suriyadakı hadisələrə artıq qarışa bilmir. Erməni əsilli jurnalistin fikrincə, məhz buna görə İran danışıqlardan kənarda qalıb və bu, İranla “Böyük səkkizlik” ölkələri arasında dialoqa mane olur. O qeyd edib ki, yayılan xəbərlərə görə, İran Ermənistan ilə İran arasında salınacaq dəmir yolundan istifadə üçün Azərbaycan hakimiyyətini razı salmağa çalışır:

“Ermənistan heç vaxt buna getmək niyyətində olmayıb və danışıqların predmeti olmaq üçün də əsas olmayıb. Ancaq bu müzakirələr çərçivəsində maraqlı hadisələr gözləmək olar. Bu, təkcə İran üçün deyil, həm də Ermənistan üçün böyük iqtisadi imkanlar yarada bilər. Belə olan halda Ermənistan hakimiyyəti təkcə böyük qardaş Rusiya ilə deyil, İranla əlaqələrin vacibliyi və əhəmiyyətini anlamalıdır. Başa düşmək lazımdır ki, Rusiya Ermənistanı növbəti alətə çevirə bilər”.

İranlı jurnalist qeyd edib ki, İranla əlaqələr Ermənistanın öz əlindədir: “Çünki Tehran həm iqtisadi, həm də siyasi planda Qarabağın Azərbaycanın tərkibində olmasına heç vaxt razılaşmayacaq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır