Modern.az

Hava çirkliliyi ildə 8 milyon insanı öldürür

Hava çirkliliyi ildə 8 milyon insanı öldürür

25 Mart 2014, 22:31

Modern.az saytının verdiyi xəbərə görə, Dünya Səhiyyə Təşkilatı ildə 8 milyon adamın hava çirkliliyinin gətirib çıxardığı xəstəliklər səbəbindən həyatını itirdiyinə diqqət çəkib.

Təşkilat nümayəndəsi bildirib ki, enerji xüsusilə də kömür istifadəsi nəticəsində yaranan hava çirkliliyi ağciyər, ürək damar, iflic və xərçəng kimi xəstəliklərin meydana gəlməsinə səbəb olur.

Bir ildə açıq məkanlarda mövcud olan çirklilikdən 3 milyon 700 min adam, mənzillərin daxili çirkliliyindən isə 4 milyon 700 min adam həyatını itirir.

Hava çirkliliyinə görə qeydə alınan ölümlərdə Çin ilk sırada yer tutmaqdadır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?