Modern.az

Lukaşenko: "Yanukoviç, get özünü öldür"

Lukaşenko: "Yanukoviç, get özünü öldür"

26 Mart 2014, 22:50

Belarus prezidenti Aleksandr Lukaşenko "Şuster Live" teleproqramı ilə çıxışı zaman Viktor Yanukoviçi sərt tənqid edib və ona lazım gələrsə özünü qurban verməyə məsləhət görüb. 

Belarus prezidenti deyib: "Yanukoviçə gəldikdə: mənimçün onun nəyi prezidentdir? Bu da onun sonuncu çıxışı: yoldaşlar, cənablar, mən sağ və salamatam, silahlı qüvvələrin ali baş komandanıyam. Dərhal sual doğur: bəs sənin ordun hardadır?"

"Prezident öz xalqının yanında olmalıdır, nə qədər çətin olsa da. Əgər sabah səni güllələsələr, öldürsələr belə - deməli, sənin taleyin budur. Deməli, sən özünü qurban verməlisən. Bəs necə? İqamətgahda oturub, hakimiyyətdən zövq alanda yaxşı idi, çətin olan kimi qaçmalısan? Yox mən bunu qəbul edə bilmirəm",- deyə Belarus lideri bildirib./anspress/

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir