Modern.az

ABŞ kəşfiyyatı: “Rusiya Donetski, Luqanskı və Xarkovu ələ keçirməyə hazırlaşır”

ABŞ kəşfiyyatı: “Rusiya Donetski, Luqanskı və Xarkovu ələ keçirməyə hazırlaşır”

27 Mart 2014, 11:42

“Rusiyanın yaxın zamanda Şərqi Ukraynaya hücum edəcəyi ilə bağlı böyük ehtimal var. Bunu Rusiya ordusunun aktiv şəkildə Ukrayna sərhədinə irəliləməsi də sübut edir”. Modern.az bildirir ki, CNN ABŞ prezident administrasiyasındakı gizli kəşfiyyatın gəldiyi nəticəyə və bu haqda KİV-dəki anonim mənbələrə istinadən məlumat yayıb. CNN onu da qeyd edir ki, bu məlumatı dərhal iki mənbə təsdiqləyib. “Rusiyanın növbəti işğal həmləsi indi daha realdır”.  Bunu isə Ağ evdəki məmurlardan biri söyləyib.

Məlumatda bildirilir ki, amerikalı hərbçilər və kəşfiyyat nümayəndələri artıq ABŞ Konqresinə Şəqri Ukraynanın hərbi işğalı mümkünlüyü ilə bağlı xəbərdarlıq ediblər. Buna görə Nümayəndələr Palatasının Silahlı qüvvələr komitəsinin Respublikaçılar Partiyasından olan üzvləri martın 26-da axşam Ağ evə gizli məktub da yollayıblar. Bu komitənin məlumatına görə, böyük ehtimalla Moskva Ukraynanın şərqi və cənubunu, Moldovadakı separatçı Dnestryanı regionunu, eləcə də Baltikyanı ölkələrdəki bəzi torpaqları ələ keçirə bilər.

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya ordusu Ukraynanın üç şəhərinə - Xarkova, Luqanska və Donetskə tərəf irəliləməklə Krıma quru yolu ilə çıxışı təmin edə bilər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi