Modern.az

Moldovada Gömrük İttifaqına qoşulmaq üçün imza toplanır

Moldovada Gömrük İttifaqına qoşulmaq üçün imza toplanır

27 Mart 2014, 11:49

Moldovada Rusiyanın yaratdığı Gömrük İttifaqına qoşulmaq üçün imza toplama kampaniyasına start verilib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı keçirilən rəy sorğusunda iştirak edənlərin çoxu Gömrük İttifaqına qoşulmağa səs verib. Bu barədə məlumat verən Moldova Sosialistlər Partiyasının lideri, deputat İqor Dodion bildirib ki, əhaliyə Gömrük İttifaqının üstünlükləri barədə əlavə məlumatlar veriləcək:  

“Biz paralel şəkildə Moldova əhalisində Gömrük İttifaqı haqqında müsbət rəy formalaşdıracağıq. Çünki Gömrük İttifaqı Moldovanın xarici siyasət vektorlarına xeyir verəcək. Biz bundan sonra növbəti ildə reallaşacaq Avrasiya İttifaqına üzv olmaq barədə də qərar verəcəyik”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir