Modern.az

Separatçı rejimdən ETİRAF: “Ermənistan pasportunu məcburi olaraq daşıyırıq”

Separatçı rejimdən ETİRAF: “Ermənistan pasportunu məcburi olaraq daşıyırıq”

27 Mart 2014, 13:54

“Dağlıq Qarabağda yaşayanların Ermənistan Respublikasının vətəndaşılıq pasportundan istifadə etmələri xarici aləmlə əlaqə saxlamaq üçün tətbiq olunan məcburi tədbirdir”. Modern.az bildirir ki, bu sözləri separatçı rejimin “mətbuat katibi” David Babayan tanınmamış ərazilərdə yaşayanlar üçün Şengen vizasının ləğv olunması ilə bağlı Avropa İttifaqının qərarını şərh edərkən bildirib. Babayan Ermənistanın Dağlıq Qarabağa öz pasportlarını təqdim etməsi “humanitar hüquq” çərçivəsində etdiyini bildirib. 

Qeyd edək ki, xarici ölkələrə getmək üçün Dağlıq Qarabağda yaşayan ermənilər xarici ölkələrə səfər etmək üçün Ermənistan pasportlarından istifadə edirlər. Bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda yaşayan erməniəsilli vətəndaşlarına şengen vizası almaq üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu açıqlayıb.

 

X. SƏFƏROĞLU

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir