Modern.az

"Azəriqaz" payız-qış mövsümünə necə hazırlaşır?

"Azəriqaz" payız-qış mövsümünə necə hazırlaşır?

29 Sentyabr 2009, 20:30

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bəyan edib ki, abunəçilərin qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin qarşısının alınması, ödəniş səviyyəsinin artırılması və əhalinin fasiləsiz olaraq texnoloji rejimə uyğun təbii qazla təchiz edilməsi istiqamətində ciddi tərbirlər görülür.
Modern.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər veriri ki, cari ildə “Azəriqaz” İB Bakı şəhər Qaz İstismar İdarəsi tərəfindən 2009-2010-cu il payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun olaraq ümumi uzunluğu 11708 metr təşkil edən müxtəlif diametrli yeraltı və yerüstü orta və aşağı təzyiqli qaz kəmərləri quraşdırılıb. Bu işlər çərçivəsində Binəqədi rayonunun “Vulkan” dağı ərazisində fərdi yaşayış evlərinin qazlaşdırılması üçün 925 metr uzunluğunda 159 mm-lik, 500 metr uzunluğunda 108 mm-lik, 703 metr uzunluğunda 200 mm-lik, Binəqədi qəsəbəsi III Mədən ərazisinə 500 metr uzunluğunda 108 mm-lik, Suraxanı rayonundakı Ramana Qaz Paylayıcı Stansiyasından Suraxanı qəsəbəsinə 426 mm-lik, Sabunçu rayonunun Nardaran qəsəbəsində 550 metr uzunluğunda 159 mm-lik, Sabunçu qəsəbəsində 1200 metr uzunluğunda 108 mm-lik, 100 metr uzunluğunda 76 mm-lik, eləcə də Maştağa qəsəbəsində 540 metr uzunluğunda 159 mm-lik, 486 metr uzunluğunda 40 mm-lik, 730 metr uzunluğunda 76 mm-lik qaz kəmərləri çəkilib. Bundan əlavə, Əzizbəyov rayonunun Türkan qəsəbəsində 624 metr uzunluğunda 325 mm-lik, 1800 metr uzunluğunda 280 mm-lik, 900 metr uzunluğunda 225 mm-lik, 700 metr uzunluğunda 159 mm-lik, 850 metr uzunluğunda 219 mm-lik, Zirə qəsəbəsində isə 600 metr uzunluğunda 108 mm-lik qaz kəmərləri quraşdırılıb. Həmçinin, 3200 ədəd məişət qaz sayğacı həyətlərdən və mənzillərdən küçəyə çıxarılıb. Bundan başqa, qaz təsərrüfatının təhlükəsiz istismar edilməsi məqsədilə respublika ərazisində qüvvədə olan qaydalara və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və xidmətlərin aparılması üzrə” təlimata əsasən, rayon Qaz İstismar Sahələrinə təsdiq edilmiş qrafiklə abonentlərin mənzillərində və ictimai binalarda texniki nəzarət baxışı işlərinin həyata keçirilməsinin gücləndirilməsi də tapşırılıb.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir