Modern.az

Yaddaşınızda problem varsa...

Yaddaşınızda problem varsa...

27 Mart 2014, 21:58

Yaddaş beyinin məlumat saxlamaq və ötürmək xüsusiyyətidir. O yalnız baş travmasından, bəzi dərmanların təsirindən, alkoqollu içkilərdən, narkotik vasitələrin qəbulundan pozulmur. İnsan yaşlaşdıqca beyin kapilyarlarının xolesterinlə tutulması nəticəsində də yaddaş pozula bilər. Həyəcan, narahatlıq, stress və yorğunluq da yaddaşa mənfi təsir göstərir.

Yaddaşda problen yaranırsa gündəlik həyat tərzimizdə, qida rasionumuzda daha çox nəyə diqqət yetirməliyik?

Yaddaşın zəifləməsi zehni yorğunluqdan yaranırsa onu 8-10 saatdan az olmamaq şərtilə uzunmüddətli yuxu ilə bərpa etmək olar.

Yaddaş pozuntusunun bütün növləri baş verən zaman mənfi emosiyalardan və həyəcanlardan çəkinmək, soyuq su içməmək, qaz yaradan məhsullardan, məsələn sarımsaq, soğan, keşniş, mərcidən və süddən imtina etmək lazımdır.

Yaddaş pozulmasına boymadərən və dağ reyhanının, lobya, paxla, istiotlu şorabalar və göbələyin artıq qəbulu da səbəb ola bilər. Qidada kahı və xaşxaşın olması da bu problemi yarada bilər. Həmçinin hədindən artıq fiziki iş yaddaş pozğunlugunu daha da şiddətləndirir.

Yaddaşın bərpa olunmasına kök, şirin kartof, ispanaq, xardal, düyü, qarabaşaq, mürəkkəbböcəyi, balıq kürüsü, kəklik və toyuq əti, yumurta sarısı kömək edir. Təzə meyvə və tərəvəzlər, portağal, qoz, fındıq, kokos da çox xeyirlidir.

Tərkibində duz, kök, cəfəri, soğan qara istiot, zəncəfil, mixək və darçın olan toyuq şorbası yaddaşın bərpa olunmasına müsbət təsir göstərir.

Vaxtaşırı kök və çuğundur şirəsi içmək məsləhətdir.

Yaddaşınızla bağlı problemi yüngülləşdirmək üçün yay mövsümündə gündə 2-3 dəfə 70 ml xiyar şirəsi içmək effektlidir.

O cümlədən həftədə beş dəfədən az olmayaraq yarım saat sürətli piyada gəzmək yaddaşın yaxşılaşması üçün faydalıdır.

Bəzi damcılar vasitəsi ilə də yaddaş pozuntusunun qarşısını almaq olar. Buruna fıstıq yağı və yaxud dəmrovotunu yaz balı ilə bərabər miqdarda

qarışdırıb damcılamaq xeyirlidir. Qulağa bir iki damcı soğan şirəsi dəmcılatmaqla da müsbət nəticə əldə etmək olar.

Normal yaddaşa sahib olmaq üçün yuxu rejiminə xüsusilə diqqət yetirmək lazımdır.

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub