Modern.az

Qənirə Paşayeva beynəlxalq forum iştirakçılarını sual "atəşinə" tutub

Qənirə Paşayeva beynəlxalq forum iştirakçılarını sual "atəşinə" tutub

2 İyun 2010, 18:30

Modern.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumunda iştirak edən Azərbaycan nümayəndə heyyətinin üzvü millət vəkili Qənirə Paşayeva forumda çıxış edib.  Millət vəkili Ermənistanın işğalçılıq siyasəti yeridərək Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini və bunun nəticəsində 1 milyon azərbaycanlının öz yurd-yuvasından, öz evindən didərgin düşdüyünü deyib. “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycanda hər 9 azərbaycanlıdan biri qaçqın və məcburi köçkün həyatı yaşayır” deyən millət vəkili vurğulayıb ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanlılara məxsus evləri, məktəbləri, təhsil ocaqlarını, tarixi və mədəni abidələri dağıdıb.  Deputat sammit iştirakçılarına müraciətlə “biz sizi Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşən və 15 ildən artıqdır ki, öz yurd-yuvasına, öz evinə dönə bilməyən 1 milyon insanın həyatına biganə qalmamağa, onların öz evlərinə, öz yurd yuvalarına dönmələri istiqamətində səylərinizi, Azərbaycana dəstəyinizi artırmağa çağırırıq” deyib. Ermənistanın BMT-nin 4 qətnaməsinə, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını xüsusi vurğulayan Q.Paşayeva  “beynəlxalq təşkilatlar öz qətnamələrinin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq göstərməlidir” deyib. O, beynəlxalq ictimaiyyəti işğalçı Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün təzyiqləri artırmağa çağırıb.  Qənirə Paşayeva deyib ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək regional əməkdaşlığa da böyük zərbə vurur. Tədbirdə iştirak edən ABŞ,  Rusiya, Fransa və bir çox ölkələrin təmsilçilərinə üz tütan millət vəkili «sizin ölkələriniz BMT, onun Təhlükəsizlik Şurasının, ATƏT, onun Minsk qrupunun və digər beynəlxalq təşkilatların üzvləridir. Sizcə BMT, onun Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkitlatlar bu problemin həlli üçün, 1 milyon insanın öz evinə qayıtması üçün  Ermənistana təzyiq etməli deyillərmi?” deyə sualla müraciət edib.   Bundan sonra çıxış edən bəzi sammit iştirakçıları Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvasına dönməsi, münaqişənin tənzimlənməsi istiqamətində beynəlxalq ictimaiyyətin və təşkilatların öz fəaliyyətilərini artırmasının vacib olduğunu vurğulayıblar.  

Forum  çərçivəçində bir çox ölkələrdən olan iştirakçılara Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktlarını, Xocalı soyqırımını özündə əks etdirən kitablar və digər materiallar təqdim olunub.  Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır