Modern.az

Ukraynada prezidentlik üçün 46 nəfər iddialıdır

Ukraynada prezidentlik üçün 46 nəfər iddialıdır

31 Mart 2014, 11:13

Martın 30-da gecəyarısı Ukraynanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı sənədlərin qəbulunu başa çatdırıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 46 nəfər müraciət edib. Onların 38-si namizədliyini özü irəli sürüb, 8 nəfəri partiya təmsilçisidir. Təkcə ötən bazar günü MSK-ya 21 nəfər sənəd vgerib. MSK-nın məlumatına görə artıq 7 nəfər rəsmən prezidentliyə namizəd statusunu alıb. Bunlar keçmiş baş nazirlər Yuliya Timoşenko və Sergey Tiqipko, Xarkov vilayətinin keçmiş qubernatoru Mixail Dobkin, baş prokurorun keçmiş müavini Renat Kuzmin, biznesmen Vadim Rabinoviç, Ali Radanın keçmiş deputatı Valeriy Konovalyuk və “İnteraqroeksport” şirkətinin rəhbəri Vladimir Saranovdur.

Partiya qurultaylarında 7 namizəd irəli sürülüb. Bunlar Ukrayna İnternet Partiyasından Dart Veyder, Vətəndaş mövqeyi Partiyasından Anatoli Qritsenko, Ukrayna Xalq Partiyasından Aleksandr Klimenko, Kommunist Partiyasından Pyotr Simenenko, “Batkovşina” Partiyasından Yuliya Timoşenko, “Azadlıq” Partiyasından Oleq Tyaqnibok, Regionlar Partiyasından Mixail Dobkin, Ukrayna Xalq Ruh Partiyasından Vasiliy Kuybidadır.

Müstəqil namizədliyini irəli sürənlər isə bunlardır: Olqa Boqomolets, Vitaliy Velidçenko, Yuri İvanitski, Natalya Korolyovskaya, Anna Kostiv, Boris Lavrentyev-Furdas, Oleq Omelçenko, Pyotr Poroşenko, Yevgeniya Terexova, Olesya Tovtrovskaya, Vasili Tsuşko, Zoryan Şkiryak, Sergey Şetinin və Yaroş Dmitridir.  

Qeyd edək ki, Vitali Kliçkonun rəhbəri olduğu “UDAR” Partiyası prezident seçkilərində biznesmen Pyotr Poroşenkonun namizədliyini dəstəkləyəcəyin bəyan edib. Kliçkonun fikrincə, Poroşenkonun seçkilərdə qalib gəlmək şansı daha yüksəkdir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür