Modern.az

Bakıda Təhsil Nazirliyinə məxsus kollecin ərazisi zəbt olunub - FOTO

Bakıda Təhsil Nazirliyinə məxsus kollecin ərazisi zəbt olunub - FOTO

31 Mart 2014, 17:24

Modern.az-ın məlumatına görə, Bakı Humanitar Kollecinə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunaraq, 150 kvadrat metr ərazidə naməlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə Təhsil Nazirliyinə operativ məlumat daxil olub. Kollecin əməkdaşları tərəfindən qanunsuz tikinti işləri aparan şəxslərə etiraz edilsə də, onların qanunazidd əməllərinin qarşısını almaq mümkün olmayıb.

Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb.

Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olur. Bundan sonra da təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı qanunvericilik çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.




Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir