Modern.az

Kliçko Timoşenkonu namizədlikdən imtinaya çağırdı

Kliçko Timoşenkonu namizədlikdən imtinaya çağırdı

31 Mart 2014, 17:45

“UDAR” Partiyasının lideri Vitali Kliçko keçmiş baş nazir Yuilya Timoşenkonu bir daha prezidentlik ambisiyası haqda düşünərək namizədliyini geri götürməyə çağırıb. Modern.az Ukrayna KİV-lərinə istinadən bildirir ki, onun bu haqda yazdığı məqalə bu gün Almaniyanın “Bild” nəşrində çap olunub. Kliçko bütün demokratik siyasi partiyaları preziden seçkilərində vahid namizədlə iştirak etməyə çağırıb. O, seçkilərdə biznesmen Pyotr Poroşenkonun namizədliyini dəstəklədiyini səbəbini də açıqlayıb:
“Sorğu nəticələrinə görə Pyotr Poroşenko indi daha çox dəstəklənir, buna görə mən də onu dəstəkləyirəm. Yuliya Timoşenko da özündə məsuliyyət hiss edib Poroşenkonu dəstəkləməlidir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü