Modern.az

Vantaaya böyük ümidlərlə!

Vantaaya böyük ümidlərlə!

31 Mart 2014, 23:07

Sabah güləş üzrə sayca 65-ci Avropa çempionatına start veriləcək. İndiyədək keçirilən yarışlarda 31 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycan pəhləvanları üçün Vantaa turniri ilin ilk böyük sınağı olacaq. Yığmanın London zəfərindən sonra ilk dəfə olaraq yarışlara tam heyətlə qatılması Azərbaycan Güləş Federasiyası (AGF) rəhbərliyi üçün qitə turnirinin heç də az əhəmiyyət kəsb etmədiyini göstərir. Olimpiya çemionu Şərif Şərifov və ikiqat vitse-olimpiya çempionu Rövşən Bayramov istisna olmaqla əsas heyətin bütün üzvləri uzaq Skandinaviyaya aparılacaq heyətdə qərarlaşıb

FİLA-nın ilin əvvəlində bütün kateqoriyalarda etdiyi çəki dəyişiklərindən sonra keçiriləcək ilk mötəbər yarışda komandamız ümumilikdə 21 idmançı ilə təmsil olunur.

Startda sərəbəst güləşçilər yarışacaq ki, baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında ölkəmizi Qalib Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

İndiyədək qitəmiqyaslı yarışlarda ən yüksək nəticəsi beşincilik olan Qalib Əliyev çox güman nəticəsini mümkün qədər yaxşılaşdırmaq haqqında düşünəcək ki, ən yaxşı halda mükafatçılar sırasına düşməyə çalışacaq.
Onun nisbətən təcrübəli, indiyədək Qızıl Qran-Pri yarışlarında qızıl və gümüş medallara layiq görülən qardaşı Hacı Əliyevin isə yarışlarda mükafatçılar sırasına düşməsi heç də qeyri-qdi görünmür. Nəzərə alsaq ki, illərdir millinin şərəfini qoruyur, təcrübəsi hesabına mümkün qədər irəliləyə bilər.

2010-cu il Moskvada keçirilən dünya çemionatının gümüş mükafatçısı, 2012-ci il Avropa çempionatının qalibi Toğrul Əsgərov isə London zəfərindən sonra ilk dəfə döşək üzərinə çıxacaq. Çəkisini dəyişən Toğrul Əsgərovun bir ara sahibkarlıq fəaliyyətinə başlaması və bunu nəticəsində idmandan uzaqlaşması haqqında gəzən şaiyələr özünü doğrultmadı. Şəxsi məşqçisi tərəfindən tənqid olunan, digər sələfləri kimi Olimpiya zirvəsinin başgicəllənmə effekti yaratdığı vurğulanan Toğrulun bu yarışlarda hansı nətcə göstərəcəyi bütün güləş ictimaiyyəti üçün böyük maraq doğurur.

Digər təmsilçimiz Ruslan Dibirhacıyev isə ölkədaxili yarışlarda müəyyən nəticələrə nail olsa da, beynəlxalq yarışlarda elə də ciddi nəticəyə nail ola bilməyib. Ən böyük uğuru Qızıl Qran-Pri turnirində üçüncülük olan Dağıstan əsilli güləşçinin böyük rəqabət vəd edən bu çəkidə mükafatçılar sırasında düşəcəyi elə də inandırıcı görünmür Şərifovun yoxluğunda isə ölkəmizi Həmzət Osmanov təmsil edəcək. Keçən il Qızıl Qran-Pri yarışlarının qalibi olmaqla adından söz etdirən Osmanov Vantaa turnirində olimpiya çempionumuza layiqli əvəzləyici olduğunu sübut etməyə çalışacaq. Bu çəkidə güclü rəqabət olduğunu nəzərə alsaq, buna nə dərəcədə nail olacağı müəyyən qədər püşkdən də asılı olacaq.

Dünya güləşinin sayılıb-seçilən simalarından olan, indiyədək 3 dəfə avropa çempionu, dünya çemionu adına yiyələnən, 2008 Pekin və 2012-ci London olimpiadasının bürünc mükafatına layiq görülən Xetaq Qazyumov çəkisinin aşkar favoritidir. 32 yaşlı osetin əsilli güləşçinin bu yarışlarda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşacağına ümidlər böyükdür.

Ən ağır çəkidə isə ölkəmiz gənc, lakin böyük təcrbəyə malik Cəmaləddin Məhəmmədovla təmsil olunacaq. Məhəmmədovun indiyədək dünya və avropa çempinatlarının bürünc mükafatına layiq görülməsi onun bu yarışlarda nəticəsini mümkün qədər yaxşılaşdırmağa çalışacağını nəzəri cəhərdən isbat edir. London yarışlarında püşk nətiicəsində bəxti gətirməyərək startdaca məşhur rus güləşçisi Bilal Maxova uduzan Cəmaləddin iki ildir davam edən uğursuzluq seriyasını bu yarışda qırmağa çalışacaq.

Sərbəst üsulla güləşən pəhləvanlardan sonra isə növbə qadın güləşçilərinə çatacaq ki, bu yarışlarda ölkəmiz 5 idmançı ilə təmsil olunacaq. Qadın güləşi üzrə yarışlarda baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında yığma komandanın heyətinə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq) və Nadya Sementsova (69 kq) daxil edilib.

Yığma komandanın seleksioner heyətinin indiyədək əsas tapıntılardan olan Dünya və ikiqat avropa çempionu Mariya Stadnik London olimpiadasından sonra ikillik sükutui zəfərlə pozmağa çalışacaq. Daim öz üzərində işləyən ukraynalı qadın güləşçimiz bu yarışların aşkar favoritidir.

Yeniyetmərin olimpiya oyunlarının qalibi, 2011-ci ildə İstanbulda keçirilən dünya çempionatının bürünc mükafatçısı Patimat Baqomedova qitə turnirində üçillik uğursuzluq seriyasını qırmağa çalışacaq ki, 20 yaşlı güləşçinin buna nə dərəcədə nail olacağı böyük maraq doğurur.

Təcrübəsiz İrina Netreba isə böyük rəqabət vəd edən bu çəkidə çox güman ilk beşliyə düşmək üçün yarışacaq.

Dünya çempionu, olimpiya oyunlarının bürünc mülkafatçsı Yuliya Ratkeviçin bu yarışlarda yüksək nəticə göstərməsi inandırıcı görünür. Mütəmadı olaraq beynəlxalq yarışlarda fərqlənən Belarus əsilli idmançımızın Vantaada ölkəmizin himnini səsləndirməsinə ümdlər böyükdür.

2010-cu ildə Bakıda keçirilən Avropa çempionatının qalibi olduqdan sonra nəticə göstərməyən Nadya Sementsova isə çox güman, hələ də dörd il əvvəl qazandığı qitə zəfərinin təsiri altındadır. Odur ki, onun nəticə qazanması bir o qədər də inandırıcı görünmür.

Yarışlarının proqramında isə son olaraq Yunan-Roma güləşçiləri qitənin ən güclüsünu müəyyənləşdirməyə çalışacaq. Yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusu Kamran Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verib.

Ən yüngül çəkidə təmsil olunacağımız Kamran Məmmədov keçən ilki nəticəsini (bürünc) mümkün qədər yaxşılaşdırmağa çalışacaq. London olimpiadasına qazandığı vəsiqədən məhrum edilərək, böyük psixoloji sarsıntı keçirən gənc pəhləvanımız bu yarışlara kifayət qədər səylə hazırlaşıb. Lakin FİLA-nın qəbul etdiyi qərara əsasən çəki salmalı olan Kamran üçün bu yarış heç də asan keçməyəcək.

Dünya və avropa çemionu Həsən Əliyev keçən il Tiflisdə qazandığı bürünc medalı qızıla dəyişmək niyyətindədir. Kifayət qədər hazırlıq keçən Əliyevin əvvəlki nüfuzunu qaytarmaq üçün bu turnir böyük əhəmiyyətə malikdir.

Gənclər arasında yarışlarda mütəmadi olaraq nəticə qazanan 23 yaşlı pəhləvanımız böyüklər arasında ilk böyük uğurunu qəzanmağa çalışacaq. Keçən il universiadada olimpiya və dünya çempionu İslambek Albiyev üzərində parlaq qələbə qazanaraq yarışların qalibi adına layiq görülən Rəsula, qitə çempionatında böyük ümidər var.

2010-cu il avropa çemionatının gümüş mükafatçısı Elvin Mürsəliyev üçün isə bu çəki dəyişikliyi əsl göydəndüşmə oldu. Daim məşqçilər heyətinin köhnə 74-kq-da Rafiq Hüseynova şans verməsi bu idmançı üçün bir növ psixoji sarsıntı idi. Odur ki, Mürsəliyev bu yarışlarda özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq.

Avropa çempionu, yuxarıda haqqında bəhs etdiyimiz Rafiq Hüseynov üçünsə, bu yarış yeni çəkidə ilk sınaq olacaq. İstanbulda olimpiya lisenziyasınən bir addımlığınadək gələn Hüseynov keçən il Qızıl Qran-Pri yarışlarında qızıl medal qazanmaqla yadda qalmışdı. Hüseynov Vantaada nəticə qazanması üçün kifayət qədər böyük təcrübəyə malikdir.

Keçən il Budapeştdə keçirilən dünya çempionatında finaladək gələn Saman Təhmasibi, bu yarışda öz medal kolleksiyasına qitə yarışlarının ilk medalını əlavə etmək üçün yarışacaq. Həmyerlilərinin məşqçilər korpusuna gətirilməsindən sonra Budapeşt turnirində ilərin susqunluğunu pozan, iranəsilli idmançımızın nəticə göstərməsi xeyli real görünür.

Daim qitə və dünya çempioantlarında mükafata layiq yerlər tutan gürcüəsilli Şalva Qadabadze Vantaada qitə yarışlarında medal kolleksiyasına qızıl əlavə etmək uğrunda mübarizə aparacaq. İllərin təcrübəsinə malik Şalva üçün, bu heç də çətin olmamalıdır.

Bu ildən yığmanın heyətinə cəlb olunan Sabah Şəriəti üçün isə bu yarış ilk ciddi sınaq olacaq.

Göllər ölkəsinə yola düşən heyətin kifayət qədər titullu idmançılardan təşkil olunması və keçirilən gərgin hazırlıq prossesindən belə görünür ki, keçən il keçirilən Dünya və Avropa çempionatlarında qeydə alınan uğursuz nəticələr seriyasının qırılması üçün kifayət qədər perspektivlər var. Odur ki, Vantaaya böyük ümidlərlə!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi