Modern.az

NATO-nun xüsusi nümayəndəsi: “Gürcüstan NATO üzvü olacaq”

NATO-nun xüsusi nümayəndəsi: “Gürcüstan NATO üzvü olacaq”

Dünya

1 Aprel 2014, 13:43

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib ki, Gürcüstanın NATO-yua üzv olmaq yolu tamamilə açıqdır. Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, Brüsseldə gürcüstanlı jurnalistlərə bu siyasətin dəyişmədiyini, heç kimin də dəyişmək niyyətində olmadığını deyib: “Deyə bilərəm ki, NATO öz mövqeyini dəyişməyib. İyun ayında xarici işlər nazirlərinin görüşü olacaq, biz bütün 4 ölkə-aspirantlarla NATO-nun yaxınlaşması ilə bağlı əldə olunan irəliləyişi müzakirə edəcəyik. Yol tamamilə belədir –Gürcüstan NATO-nun üzvü olacaq. Əminəm ki, Gürcüstanın xeyrinə olacaq real addımlar atılacaq. Ancaq konkret nə vaxt olacağını deyə bilmərəm”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır