Modern.az

Ukraynada prezidentliyə 14 namizəd qeydə alındı - SİYAHI

Ukraynada prezidentliyə 14 namizəd qeydə alındı - SİYAHI

1 Aprel 2014, 14:01


Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-i axşama qədər prezidentliyə 14 nəfərin namizədliyini qeydiyyata alıb.  Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, siyahıda seçki yarışının əsas simaları da var. Əgər kimsə namizədliyini geri götürməsə seçki bülletenində adlar belə sıralanacaq:

1. Yuri Boyko, 1958-ci ildə anadan olub, ali təhsillidir, Luqansk vilayətinin Rubejnoe şəhərində yaşayır, müvəqqəti işsizdir, Regionlar Partiyasının üzvüdür, namizədliyini özü irəli sürüb.

2. Andrey Qrinenko, 1970-ci ildə doğulub, ali təhsillidir, Xarkov şəhərində yaşayır, fiziki şəxs-iş adamıdır, bitərəfdir, namizədliyini özü irəli sürüb.

3. Mixail Dobkin, 1970-ci ildə anadan olub, ali təhsillidir, Xarkov şəhərində yaşayır, müvəqqəti işləmir, Regionlar Partiyasının üzvüdür, namizədliyini özü irəli sürüb.

4. Valeriy Konobalyuk, 1966-cı ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, “Böhran əleyhinə proqramlar mərkəzi”nin baş direktorudur, bitərəfdir, namizədliyini özü irəli sürüb.

5. Renat Kuzmin, 1967-ci ildə doğulub, ali təhsillidir, Kiyevdə yaşayır, vəkildir, bitərəfdir, namizədliyini özü irəli sürüb.

6. Oleq Lyaşko, 1972-ci ildə anadan olub, ali təhsilidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, Radikal Partiyasının üzvüdür, namizədlyini partiya irəli sürüb.

7. Nikolay Malomuj, 1955-ci ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukrayna xarixi kəşfiyyat xidməti rəhbərimin müşaviridir, bitərəfdir, namizədliyini özü irəli sürüb.

8. Pyotr Poroşenko, 1965-ci ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, bitərəfdir, namizədliyini özü irəli sürüb.

9. Vadim Rabinoviç, 1953-cü ildə doğulub, ümumi orta təhsillidir, Kiyevdə yaşayır, “Nyus Netvork”un müşahidə şurasının sədridir, bitərəfdir, namizədliyini özü irəli sürüb.

10. Vladimir Saranov, 1965-ci ildə anadan olub, ali təhsillidir, Kiyevdə yaşayır, “İnteraqroeksport”un baş direktorudur, bitərəfdir, namizədliyini özü irəli sürüb.

11. Pyotr Simenenko, 1952-ci ildə doğulub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, Ukrayna Kommunist Partiyasının üzvüdür, namizədliyini də u partiya irəli sürüb.

12. Yuliya Timoşenko, 1960-cı ildə anadan olub, Dnepropetrovsk şəhərində yaşayır, “Batkivşina” Ümumukrayna Birliyi” Partiyasının sədridir, namizaədliyini partiya irəli sürüb.

13. Sergey Tiqipko, 1960-cı ildə doğulub, ali təhsillidir, Kiyevdə yaşayır, Ukraynanın xalq deputatıdır, Regionlar Partiyasının üzvüdür, namizədliyini özü irəli sürüb.

14. Oleq Tsarev, 1970-ci ildə anadan olub, ali təhsillidir, Dnepropetrovsk yaxınlığındakı Köhnə Kodaki kəndində yaşayır, Ukraynanın xalq deputatıdır, Regionlar Partiyasının üzvüdür, müstəqil namizəddir.

Xatırladaq ki, Ukraynada bu ali vəzifəyə 46 nəfər iddialı olduğunu bəyan etmişdi. Onların 14-ü qeydiyyata alınıb, 12-nin namizədliyinin qeydiyyata alınmasından imtina olunub, qalan 4 nəfər haqda qərara aprelin 4-dək veriləcək.

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?