Modern.az

“Azəriqaz”ın ARDNŞ-dən ayrılacağı xəbəri təsdiqlənmədi

“Azəriqaz”ın ARDNŞ-dən ayrılacağı xəbəri təsdiqlənmədi

2 Aprel 2014, 10:58

Zaqatala Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylanılmasının ardınca, Bakı və Abşeron qaz istismar sahələrinin işçilərinə də bildirişlər paylanıb.

Modern. az-a daxil olan məlumata görə, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi öz işçilərinə 2 ay müddətinə işdən çıxarılma ilə bağlı bildirişlər payladıqdan sonra ARDNŞ-in audit şöbəsi güclü yoxlamalara başlayıb, xüsusilə də işçilərin təqdim olunan vahid geyimdə işə gəlməsinə diqqət artırılıb. İşçilərə müxtəlif səbəblərdən qırmızı, sarı kartlar təqdim olunub. İşçilərin kütləvi şəkildə işdən azad olunacağı və buna görə ciddi yoxlamalar aparıldığı da yayılan şayiələr arasındadır. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev məsləyə aydınlıq gətirib: “Hər hansı işçiyə qırmızı, sarı kart verilməsinin struktur dəyişikliyi ilə heç bir bağlığı yoxdur. Bu, sadəcə, əməyin mühafizəsidir. Kimsə əməyin mühafizəsi, təhlükəsizlik qaydalarını pozursa, ona uyğun xəbərdarlıq kartı tətbiq olunur. İşçi əməyin mühafizəsi sahəsində göstərilən xidmətlərdə yaxşı mənada fərqlənibsə, onlara fərqlənmə kartları verilir. Əmək məcəlləsini kobud şəkildə pozan, istənilən strukturda öz funksiyalarını düzgün yerinə yetirməyən işçi işdən azad oluna bilər. Kart almaq o demək deyil ki, kimsə işdən çıxarılacaq”.

Modern. az-a daxil olan digər məlumata görə, “Azəriqaz”ın ARDNŞ-in balansından çıxması məsələsi də gündəmdədir. “Azəriqaz” rəsmisi bununla bağlı məlumatsız olduğunu bildirib.

ARDNŞ-ın mətbuat xidmətinin rəhbəri Niazməddin Quliyev isə ümumiyyətlə, bu barədə söhbət getmədiyini vurğulayıb.

Gülşən Raufqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir