Modern.az

Azərbaycanlıların ən çox yediyi qidaların SİYAHISI

Azərbaycanlıların ən çox yediyi qidaların SİYAHISI

2 Aprel 2014, 11:01


İnsanlar gündəlik tələbatlarını ödəmək üçün müxtəlif məhsullardan istifadə edirlər. Bəzi məhsullardan imtina etmək mümkün deyil. İnsanların əksəriyyəti fəsildən asılı olmayaraq, gündəlik qida rasionlarında ət məhsullarına üstünlük verirlər. Meyvə-tərəvəz yarım saata, düyü 1 saata, yumurta və təzə süd 2 saata həzm olunduğu halda, ət 5-6 saata həzm olunur. Məhz ətin həzmə getmədən mədədə çox qalması insanda yalançı “toxluq” yaradır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a insanların ən çox istifadə etdiyi ərzaqları aşağıdakı kimi sıralayıb:

Su, süd və süd məhsulları, meyvə-tərəvəz, bitki mənşəli məhsullar, ət və ət məhsulları, şirələr, çaylar.

AİB sədri bildirib ki, ümumilikdə istehlak olunan məhsulların 60 faizi yerli, 40 faizi xarici istehsalın hesabına ödənilir: “Xaricdən daha çox meyvə-tərəvəz idxal olunur. Sıralamada daha sonra ət və ət məhsullarıdır. Bunların içində isə təbii olaraq kolbasa və sosiskalar üstünlük təşkil edir”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir