Modern.az

Keçmiş prezidentin məhkəməsi başlayır

Keçmiş prezidentin məhkəməsi başlayır

Dünya

2 Aprel 2014, 12:13

Argentinanın keçmiş prezidenti 83 yaşlı Karlos Menem əmlak mənimsədiyinə görə məhkəməyə verilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu ittiham sübut olunarsa, o 2 ildən 10 ilə qədər azadlıqdan məhrum olunacaq, eləcə də ömrünün axırına kimi dövlət vəzifəsi tutmaqdan məhrum ediləcək. Menem ölkənin ən iri Buenos-Ayres Rual sərgi kompleksinin özəlləşdirilməsi zamanı yol verilən nöqsanlara görə təqsirli bilinir. O, 1989-1999-cu illərdə dövlət başçısı olub. Menemdən əlavə, 1991-ci ildə 30 min dollara, demək olar real dəyərindən 4 dəfə aşağı qiymətə satılan kompleksə görə keçmiş iqtisadiyyat naziri Dominqo Kavalyo da təqsirli bilinir.

Məhkəmə onların mülkiyyətinə də həbs qoyub.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü