Modern.az

Kəmaləddin Heydərovun qəbuluna gəlmək istəyənlərə XƏBƏRDARLIQ: “O müraciətlərə baxılmayacaq”

Kəmaləddin Heydərovun qəbuluna gəlmək istəyənlərə XƏBƏRDARLIQ: “O müraciətlərə baxılmayacaq”

2 Aprel 2014, 12:40

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  aprelin 4-də saat 11:00-dan Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək.
FHN-dən verilən məlumata görə, qəbulda yalnız Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. 

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi qəbula gəlmək istəyənlərə xəbərdarlıq edib: “Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq”.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsi 22) 3 aprel 2014-cü il tarixində saat 10:00-dan başlayacaq. 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər