Modern.az

“flydubai” bir ildə 1 milyon sərnişindən sifariş alıb

“flydubai” bir ildə 1 milyon sərnişindən sifariş alıb

Dünya

4 İyun 2010, 12:49

“flydubai” şirkəti fəaliyyətinin ilk ilini qeyd edir və bu il ərzində şirkət  bir milyona yaxın billet sifarişi alıb. Bu barədə Modern.az-a şirkətdən məlumat verilib.

 

Hava yolları Dubay hökuməti tərəfindən 2008-ci ilin Martında Dubaydan 4-4,5 saatlıq uçuş radiusunda olan bütün səyahətlərin daha asan, daha əlçatan və daha əlverişli edilməsi məqsədi ilə yaradılıb. 

“flydubai” şirkəti ilk uçuşunu 2009-cu il, İyunun 1-də Beyruta edib və cəmi  12 ay sonra şirkət 21 çatma məntəqəsindən ibarət şəbəkəsini qura bilib. Çatma məntqəqlərindən 16–sı hazırda fəaliyyət göstərir, daha 5-i isə bu ayın sonunadək əlavə ediləcək. Bütün bunlar “flydubai” şirkətini yəgin ki, ən sürətlə inkişaf edən hava yollarına çevirir.

 

2009-cu ilin İyununda Beyrut və Əmmana uçuşlar başladıqdan sonra Dubay-Beyrut istiqamətindəki daşınmalar 33%, Dubay-Əmman ustuqamətindəki daşınmalar isə 40% artıb ki, bu da “flydubai” şirkətinin sadə və qənaətcil qiymətlərinin bazarın böyüməsinə yardımçı olduğunu göstərir. 

“flydubai” şirkəti bazara dəyişikilər gətirməklə insanlara baqaj üçün yerin, sərnişin yerinin və yeməklərin  alınması ilə bağlı seçim etmək imkanı verib. Bu seçim imkanları sərnişinlər arasında çox populyar olub. Belə ki, sərnişinlərin 83%-i yemək və içki alıblar, sərnişinlərin 30%-i öz yerlərini seçmək üçün ödəniş ediblər və sərnişinlərin 56%-i baqaj üçün yer alıblar. Lakin sərnişinlərin 44%-i yalnız əl çantası ilə səyahət ediblər ki, bu da onların “flydubai” şirkətinin qənaətcil qiymətlərindən bəhrələndikləri deməkdir. Bu rəqəmlər fəqrli səyahət üsulunun Yaxın Şərq bazarında yaxşı qarşılandığını göstərir.  

 

F

əaliyyətinin ilk ilində “flydubai” şirkəti təxminən 8000-ə yaxın uçuş edib. Təkcə may ayında 1000-dən çox uçuş edilib. Bu çox təsiredici rəqəmlərdir və bu onu göstərir ki, “flydubai” şirkətinin getdikcə böyüməsinə baxmayaraq, şirkətin iş fəaliyyəti daha da yaxşılaşır.

 

“flydubai” şirkətinin hava donanması 8 ən yeni “Boeing 737-800 NG” təyyarələrindən ibarətdir. Bu ilin sonuna qədər orta hesabla bir təyyarədən istifadə müddətinin 14,5 saat olacağı gözlənilir. Bu, “flydubai” şirkətini sənaye liderinə çevirməklə yanaşı hava yollarına qənaətcil qiymətlər saxlamağa imkan verir. 

 

Şirkətin işçilərinin sayı da sürətlə artır. Hazırda “flydubai” şirkətində 70-ə yaxın ölkədən olan 500-dən çox işçi çalışır və buraya 100 nəfər pilot və 200-dən çox heyət üzvü daxildir.

 

 

 

 

 

 

“flydubai” şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt qeyd deyib ki, onların  gələcəklə bağlı böyük planları var.

 

Öz “flydubai” üslubuna riayət etməklə şirkət inkişaf sürətini azaltmaq niyyətində deyil. Növbəti aylarda, qənaətcil hava yolları daha 5 təyyarə alacaq və bu ilin sonuna kimi 25-dən çox istiqamətdə uçuşlar etməklə öz regional şəbəkəsini daha da möhkəmləndirmiş olacaq. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir